Fahriye Evcen və Burak Özçivit ayrıldı

Fahriye Evcen və Burak Özçivit ayrıldı

Xeyli müddətdir sevgili olan aktrisa Fahriye Evcen və Burak Özçivit cütlüyü ayrılmaq üzrədir. SİA-nın türk mətbuatına istindən verdiyi xəbərə görə, sevgililərin son günlərdə aralarında münasibətin gərgin olduğu deyilir. Hətta cütlüyü İstanbulun mərkəzi küçələrindən birində yüksək səslə mübahisə edərkən görüblər. Şahidlər onların yolda birdən dalaşmağa başladıqlarını deyiblər. Burak Fahriyeni tələsik avtomobilə mindirsə də, yenə də mübahisələri davam edib. Aktrisa ətrafdakıların təəccüblü baxışları altında qışqıraraq maşından düşüb. Sonra taksi çağıran Evcen təkbaşına oradan ayrılıb.

Qeyd edək ki, Burak hazırda Neslihan Atagüllə "Kara Sevda" serialına çəkilir. Ekran işinin çəkilişləri başladığı vaxtdan nəinki Fahriyenin, eləcə Neslihanın sevgilisi Kadir Doğulunun da qısqanclığı barədə xəbərlər gündəmdən düşmür.

Bütün xəbərlər Facebook səhifəmizdə