Bəstəkar: “Murad Arifə oğurluqla bağlı dediyim sözün arxasındayam” MÜSAHİBƏ

Bəstəkar: “Murad Arifə oğurluqla bağlı dediyim sözün arxasındayam” MÜSAHİBƏ

Bəstəkar Ruslan Əhmədoğlunun müsahibəsini SİA-ya oxucularına təqdim edirik:

-Hazırda müğənnilərdən kimlərlə çalışırsınız?

- Əməkdar artist Babək Niftəliyev, müğənni Pərvin Lətifov və "Xalq ulduzu" yarışmasının iştirakçısı Kamil Cəfərovla silsilə olaraq işləyirik. Dayanmadan çalışırıq.

-Bildiyimizə görə gözəl səsiniz var. Nə vaxtsa ifaçı kimi fəaliyyət göstərmək fikriniz olubmu?

-Heç vaxt bu haqda düşünməmişəm. Amma mahnı yazan bəstəkar öz mahnısını ifa etməlidir. Onu da deyim ki, ixtisasca hüquqşünasam və hazırda peşəm üzrə çalışıram. Odur ki, mənim müğənnilik etməyim işlədiyim sahə ilə uyğun gəlmir.

-Yazdığınız mahnıları təqdim etdiyiniz sənətçilər ürəyiniz istədiyi kimi oxuya bilirlərmi?

-Digər bəstəkarlardan fərqli olaraq bəxtim gətirib. Çünki mahnılarımın satışı ilə məşğul olmuram. Əgər bəstəkar mahnısını müğənniyə satırsa sənətçinin həmin bəstəni yaxşı və ya pis oxuduğu onun üçün o qədər də önəmli olmur. Çünki həmin bəstəkara vəsait ödənilir. Amma mən öz mahnılarımı kimə təqdim edəcəyimi çox yaxşı bilirəm. Çünki bir çox müğənnilərin səs imkanlarından xəbərim var.

-İstədiyiniz zaman pianino arxasına keçib, bəstə lentə ala bilirsiniz?

-Bu fikirlə qətiyyən razı deyiləm. Çünki mümkün deyil. Hətta elə an olub ki, mahnının sözlərini mənə təqdim ediblər, 1 aydan sonra sözlərə bəstə yazmışam.

-Bir çox mahnıların plagiat olduğunu iddia edirsiniz. Bu həqiqətən belədir?

-Bəli, Murad Arifin mahnısı oğurluq idi. Məndə bunu ona irad olaraq bildirdim. O, da müsahibələrinin birində bildirdi ki, məni tanımır. Məni bəstəkar olaraq tanımaya bilər. Çünki mən gündəlik olaraq efirlərə çıxmıram. Onun məni tanımaması normal haldır. Amma dediyim fikrə məni tanımaması kimi münasibət bildirməyi mənim ittiham etdiyim məsələnin cavabı deyildi. Murada dediyim sözlərin arxasında dayanıram. Çünki mən həqiqəti söyləmişəm.

-Nə vaxtsa sizin bəstələrinizə irad bildirən olubmu?

-Bu vaxtadək heç kimin qınaq obyektinə çevrilməmişəm. Amma yazdığım bəstələr kiminsə xoşuna gəlməyə bilər. Həmin kəslərin iradlarını dinləməyə hər zaman hazıram.

-Hazırda bir çox müğənnilər özləri üçün mahnı yazırlar. Bəstəkar olaraq həmin bəstələrin lentə alınmağından razısınızmı?

-Hər kəs işinin peşəkarı olmalıdır. Bəstəkarlığı bacaranlar mahnı yaza bilərlər. Yoxsa bəzi sənətçilər var ki, bəstəkara vəsait ödəməsinlər deyə, ordan-burdan şeirlər götürüb, özlərinə mahnı yazırlar. Amma Elvin Abdullayevin bəstələrinə qulaq asanda qulaqlarım dincəlir.

Bütün xəbərlər Facebook səhifəmizdə