Müğənni Əmrahın qeyri-qanuni nikahdan doğulan və qəbul etmədiyi oğlu Tayfun Ərdoğan 25 yaşını qeyd edib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Tayfun sosial şəbəkə vasitəsilə onu istəməyən atasına ismarıc göndərib: "Tayfun bu gün dünyaya gəldi. Düzdür, onu istəmədilər, məndən qaçdılar, amma bu uşağın artıq 25 yaşı oldu. Məni boya-başa çatdıran anama çox təşəkkür edirəm. Mənə mesaj yazıb ad günümü təbrik edən hər kəsə qucaq dolusu sevgimi göndərirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB