Müğənni İlkin Əhmədov maraqlı açıqlama verib. SİA-ya danışanifaçı bunları deyib: "Səhnə məsuliyyət tələb edir. Müğənni mahnı seçərkən diqqətli olmalıdır. Çünki hər bəstə dinləyicilər tərəfindən xoş qarşılanmır. Bir məsələni də qeyd edim ki, hazırda gənclər daha çox xarici mahnılara qulaq asmağı sevirlər. Amma Azərbaycanın keçmiş mahnılarından xəbərsizdirlər. Məndə bunları nəzərə alaraq daima üzərimdə çalışıram. Repertuarıma karifey sənətçilərin mahnılarını daxil edirəm. İstəyirəm ki, dinləyicilərə xoş ovqat bəxş edim. Tezliklə yeni mahnım hazır olur. Əminəm ki, musiqimlə dinləyicilərin könüllərini oxşaya biləcəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB