Müğənni Şəbnəm Əsədovanın müsahibəsini SİA-nın oxucularına təqdim edirik:
-Yaradıcılığınızda hansı yeniliklər var?
-Rejissor Nail Naiboğlu ilə yeni kliplər lentə almışıq. Ekran işi hansı bəstəyə çəklib, onu hələ demiyəcəm. İki həftədən sonra həmin klipi təqdim etməyi düşünürəm.
-Bir o qədər də çalışqan müğənni olmadığınızı söyləyirlər. Bu fikirlə razılaşırsınızmı?
-Bəli düz deyirlər. Bəstəkar Nazim Məmmədovla iş birliyim var. Lakin tənbəl olduğum üçün hələ səsyazma studiyasına getməmişəm. Yeni ərsəyə gətirəcəyimiz mahnı da bəstəkar Ruslan Əhmədoğlunun da dəsti xətti var. Bəstənin aranjimanı Fərid İmana aiddir.
-Daha çox hansı bəstəkarlara müraciət edirsiniz?
-Ruslan Əhmədoğlunun mahnılarını çox bəyənirəm. Hələ adını çəkdiyim bəstəkarla bir neçə iş birliyimiz olacaq. Ruslan mənə yeni mahnılar yazacağına söz verib.
-Bu dəfə ki, duet ortağınız kim olacaq?
-Meyxana üslubunda ilk dəfə 2005-2006-cı illərdə meyxanaçılar Aqşin Fateh, Elşən Xəzərlə duetim olub. Bu dəfə Pərviz Bülbülə ilə bir araya gəlməyi düşünürük.
-Yenidən Tunarla duet oxumaq istərdinizmi?
-Tunarın özü yazdığı "Son nəfəsim" adlı dueti oxumuşuq. Az da olsa həmin bəstədə Tunarın imzası var. Hətta həmin mahnıya klip belə çəkdirmişik.
-Komanda olaraq iki prodüser xanımla çalışırsınız. İşləriniz bu qədər çoxdurmu ki, iki prodüserə ehtiyyac var?
-Prodüserlərimdən biri Cəmilə xanımın yaşı azdır. Şou-biznesdə yenidir. Amma digər prodüserim Təranə Səmədova demək olar ki, bütün işlərimi həll edir. Təranənin tücrübəsi Cəmilədən çoxdur.
-Qalmaqallardan kənar gəzsənizdə bəzən adınız söz-söhbətlərdə hallanır..
-Şou-biznesdə məni əsəbləşdirən bir çox məqamlar var. Ən çoxda məni özümdən bostanıma söz atanlar çıxardır. Elə an olub ki, onlara cavab vermişəm, bəzən də susmuşam.
-Sizlə bağlı bir müddət öncə şayiələr dolaşırdı. Bu xəbərlər hardan qaynaqlanır?
-Lazımsız məlumatların yayılması bəzi insanların paxıllığından irəli gəlir. Hətta yalan olan məsələ şəxsi həyatıma qarışaraq evdə mənə problem yaratmışdı. Təbii ki, problem yaradan kəs cavabını aldı. Mənə heç kim ilişə bilməz.
.jpg)
.jpg)


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB