Müğənni gələcək həyat yoldaşına mahnı həsr etdi

Müğənni gələcək həyat yoldaşına mahnı həsr etdi

Gənc və istedadlı müğənni Fəqan Səfərov "Sevgi nağılı" adlı yeni mahnısını dinləyicilərə təqdim edib. SİA-nın məlumatına görə, mahnının söz və musiqisi Səfər Məmmədova məxsusdur.Yeni mahnı Türkiyədə aranjeman edilib. Mahnıda canlı musiqi alətləri türkiyəli musiqiçilər tərəfindən ifa olunub.

Yeni mahnı artıq radio dalğalarında səslənir. F. Səfərov "Sevgi nağılı"na klip çəkdirmək fikrində olduğunu da bildirib: "Mahnıya xarici ölkələrdən birində ekran həyatı veriləcək. Azərbaycanın hər güşəsi maraqlı və mənzərəlidir. Rejissorlarımız da professionaldır. Lakin fərqlilik olsun deyə xarici ölkəyə üz tutmaq fikrim var. Bundan əvvəl üç klipim Azərbaycanda çəkilib".

Müğənni "Sevgi nağılı"nın ünvanlı olduğunu deyib: "Bu mahnını oxuyarkən gələcək həyat yoldaşıma həsr etmişəm. Mahnını oxuyarkən gələcək həyat yoldaşımı təsəvvür etmişəm, onu düşünmüşəm. İstərdim ki, bu mahnı sevgililərin himninə çevrilsin".

Əvvəllər Moskvada yaşayan gənc müğənni son dörd ildə mütəmadi olaraq Bakıda fəaliyyət göstərdiyini də açıqlayıb: "Bir ayağım Moskada, bir ayağım Bakıdadır. Son aylarsa yaradıcı fəaliyyətimi genişləndirmişəm. Radio dalğalarında bir neçə yeni mahnım dinləyicilərin ixtiyarına veriləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə