Vüsalə Kərimova yeni layihə ilə qarşınızda FOTOLAR

Vüsalə Kərimova yeni layihə ilə qarşınızda FOTOLAR

Teleaparıcı Vüsalə Kərimova yeni verilişlə tamaşaçıların qarşısına çıxacaq. Bir neçə ildən sonra yenidən ATV telekanalına dönən V. Kərimova bu dəfə "Yüz ölç, bir biç" adlı verilişinin aparıcısı olacaq. Xanım aparıcı SİA-ya bu barədə açıqlama verib: " "Yüz ölç, bir biç" adının içərisində verilişdə bir çox məqamlara toxunulacaq. Qoyulan mövzu ətrafında qonaqlarla yüz ölçüb, bir biçib sonda bir qərara gələciyik. Verilişdə müzakirə ediləcək mövzuları açıqlamayacam. Çünki istəyirəm tamaşaçılar və digər telekanallar üçün sürpriz olsun. Belə bir layihə Azərbaycan teleməkanında yoxdur. Veriliş 7-dən 77-ə hamını maraqlandıracaq. Əlbəttə ki, hər dəfə verilişdə şou-biznes nümayəndələrindən biri qonaq olacaq. "Yüz ölç, bir biç" noyabr ayının sonlarından efirə gedəcək və həftədə bir dəfə yayımlanacaq".

V. Kərimova yenidən ATV telekanalına qayıtmasının təsadüf olmadığını açıqladı: " Yayda "Günaydın" verilişinin sezon buraxılışı oldu və bununla da mənim "SOY" productionla işbirliyim sona çatdı. 19 ildir ki, televiziyada çalışıram. Hesab edirəm ki, artıq öz layihəmi təqdim etmək zamanı gəldi. Kiminsə əlinin altında çalışmaqdansa öz layihəm olsa daha gözəl olar. Bu məqsədlə layihəmi ATV telekanalının rəhbərliyinə təqdim etdim, çox bəyəndilər. ATV-yə getməyimə məmnunam. Çünki 5 il orada "Ana xəbər" buraxılışını aparıcısı olmuşam. 2006-cı ildə həmin kanaldan ayrılıb İTV-yə getdim, sonra "Araz" radiosu və MuzTv-nin rəhbəri oldum. Bir neçə yerdə çalışsam da hər zaman ürəyim ATV ilə döyünüb. Çünki mənim üçün ora ata evi kimidir".

Vüsalə Kərimovanın yeni verilişinin anonsunu təqdim edirik:

Bütün xəbərlər Facebook səhifəmizdə