Yaşar Yusub: “İstərdim Röya ilə duet oxuyam” MÜSAHİBƏ-FOTOLAR
Müğənni Yaşar Yusubun müsahibəsini SİA-ya oxucularına təqdim edirik:
-Yaradıcılığınızda hansı yeniliklər var?
- "Yusub Art" mərkəzi açmışıq. Daha sonra yeni mahnı üzərində çalışıram. Bəstənin sözləri aparıcı Cavid Gülə, musiqisi isə mənə aiddir. Həmin mahnıya klip də çəkdirəcəm. Bir sözlə dayanmadan çalışıram.
-Radiolarda mahnılarınız səslənir?
-Bəzi radiolar var ki, heç maşınımda belə qulaq asmıram. Amma elə radiolar da var ki, mahnılarımı səsləndirirlər. Təbii ki, bu da məni sevindirir.
-Şou-biznesdə üzərlərində işləməyən müğənnilər çoxdur. Siz də həmin ifaçıların siyahısındasız?
-Son zamanlar şou-biznesdə susqunluq var. Məncə artıq dinləyicilər azəri yox, digər dövlətlərin mahnılarına qulaq asırlar. Buna görə də müğənnilərimiz həvəsdən düşür və işləmək istəmirlər. El şənliklərinə gedib, pul qazanmağı üstün tuturlar.
-Ümumiyyətlə bu vaxtadək Türkiyə şou-biznesinə qatılmaq istəmisinizmi?
-İstərdim qardaş ölkənin şou-biznesində olum. Amma orada tanınmaq çətin məsələdir. Çünki Türkiyə şou-biznes genişdir. O ölkənin yetərincə müğənniləri var.
-Sizə qardaş ölkənin şou-biznesinə qatılmaq üçün nə vaxtsa təklif gəlibmi?
-Bəli dəvət ediblər. İstəyiblər ki, klipimi "Kral" tv-də yayımlatsınlar. Mən razı olmamışam. Düşünmüşəm ki, hələ yaşım azdır. Bir az zaman keçməlidir.
-Röyanın Türkiyə şou-biznesinə qatılmasına necə baxırsınız?
-Röya tək Azərbaycanda yox, Türkiyədə də ulduzdur. Azərbaycanda yeganə ulduz Röyadır. Bu fakt danılmazdır. Onun uğurlarına sevinirəm.
-İstəmisinizmi onunla duet oxuyasınız?
-İstərdim ki, Röyayla duet oxuyum. Amma bu vaxtadək belə bir layihə fikirləşməmişəm. Gərək bu işbirliyini zamanında düşünərdim. Amma gələcəkdə birgə duet oxuya bilərik.

.jpg)





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB