Müğənni Şəbnəm Əsədova kişi həmkarına qarşı addım atıb. SİA-ya açıqlama verən xanım ifaçımız bununla bağlı ətraflı məlumat verib: "Kamil Cəfərovla istərdim ki, duet oxuyum. Çox gözəl səsi var. Onun səsini çox bəyənirəm. Kamil sözün əsl mənasında oxuyur. Eyni zamanda Kamil Cəfərovla duet ortağı olaraq bir-birimizə çox yaraşırıq (gülür). Bilmirəm adını çəkdiyim ifaçı bu təklifimi necə qarşılayacaq. Ümid edirəm ki, bu duetimiz real olar".
Məsələ ilə bağlı olaraq qarşı tərəfin də fikirlərini öyrəndik: "Böyük məmnuniyyətlə Şəbnəm xanımla duet oxuyaram. Şəbnəm xanımın özünü və səsini çox bəyənirəm. Bəstəkar Ruslan Əhmədoğluna bununla bağlı müraciət edəcəyik ki, bizə mahnı yazsın".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB