Aynişan “O səs Türkiyə”səhnəsində

Aynişan “O səs Türkiyə”səhnəsində

Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva "O səs Türkiyə" yarışmasında səhnəyə çıxıb. SİA-nın məlumatına görə, hazırda İstanbulda təhsil alan Aynişan xalq artisti Polad Bülbüloğlunun repertuarından "Gəl, ey səhər" mahnısını ifa edərək münsiflərin dördünü də döndərə bilib.

Müğənni Murad Boz səhnəyə çıxaraq həmyerlimizlə eyni mahnını duet şəklində səsləndirib. A.Quliyeva sonda Muradı seçərək yarışmaya onunla davam etmək hüququ qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə