Müğənnilər niyə vergidən yayınır?

Şou-bizneslə bağlı ciddi yoxlamalar başladı
Müğənnilər niyə vergidən yayınır?

Veriglər Nazirliyi şou-biznes nümayəndələrinin gəlirlərinə nəzarəti artıracaq. Çünki, onların əksəriyyəti vergidən ya ümumiyyətlə yayınır, ya da ödədikləri vergi qazanclarına adekvat olmur.

Bir saat toyda oxumaq üçün ən az 2000 manat, bütün toyu idarə etmək üçün 15 min manat pul tələb edirlər. Şou biznes nümayəndələri bu astronomik qiymətlərin müqabilində isə dövlət büdcəsinə ödədikləri vergilər ya yoxdur, ya da qazanclarına adekvat deyil. Məhz bunu nəzərə alan Vergilər Nazirliyi artıq məsələyə qanun müstəvisində birdəfəlik son qoymaq üçün yoxlamalara başlamağı qərara alıb.

Hazırda şou-biznes nümayəndələrinin qazancları üzərində nəzarət mexanizmi zəif olduğu üçün onların real gəlirlərini hesablamaqda çətinliklər yaranır. Əslində isə onlar qanuna görə fəaliyyətlərini rəsmi şəkildə qurmalıdırlar.

Ancaq mütəxəssislər bildirir ki, sifarişçi müqavilə tələb etdikdə müğənnilər xidmət haqqını yüksəldirlər. Bu isə hər iki tərəfə də sərft etmədiyinə görə heç bir müğənninin fəaliyyəti müqavilə ilə tənzimlənmir.

Vergilər Nazirliyi müəyyən edilən vergiləri vaxtında dövlət büdcəsində ödəməyəcəyi təqdirdə şou biznes nümayəndələrinə qarşı qanunda nəzərdə tutulan tələblərin yerinə yetiriləcəyini bəyan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə