Bu gün "AG FM" radiosunun açılış mərasimi baş tutub. SİA-nın verdiyi xəbərə görə, tədbiri giriş sözü ilə açan "AG FM" radiosunun Bakı nümayəndəliyinin rəhbəri Ruslan Əhmədoğlu radio haqqında məlumat verib: "Bu radio Gürcüstanda yeni yaranıb. Gürcü radiosu olsa da, fəaliyyətini Azərbaycan dilində davam etdirir. Burada bizim dildə musiqilər səslənir. Onlar arasında xalq mahnılarımız, estradamız, folklor da yer alır. Layihə hər iki tərəfin nümayəndələrinin istəyi ilə olub. Onu da deyim ki, bu kommersiya xarakteri daşımır. Mahnılar burada seçilir və ora göndərilir. Yayım tezliyi Gürcüstanın özündəndir. Azərbaycanın əksər kəndlərində dinləmək mümkündür".
Daha sonra mərasimdə radionun musiqili prodüseri rejissor Nail Naiboğlu söz alıb: "Radio ilə bağlı müraciətlər mənə olunacaq. İnanıram ki, bu radio hər kəs tərəfindən bəyəniləcək. Bu layihə Azərbaycanın fəxridir".
Mərasimə qatılan şou-biznes nüamyəndələrindən Yaşar Cəlilov, Yaşar Yusub, Elvin, Şəbnəm Əsədova, Sevinc Ağaşirinova, Fəqan, Aytac Vidadiqızı, Kamil Cəfərov, klarnet ifaçısı Hüseyn Məmmədoğlu, aparıcı Vüsalə Kərimova, "Kristal" qrupu yaradıcı heyətə uğurlar arzulayıb.
Qeyd edək ki, mərasim maraqlı anlarla yadda qalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB