Müğənni Şölə Səfərəliyeva yeni klipini təqdim edib. SİA-nın verdiyi xəbərə görə, ifaçı sözləri və musiqisi özünə məxsus olan "Ürəyimdə" adlı mahnısına ekran həyatı verib. Klipindən danışan müğənni tərəf müqabili seçmək üçün aylarla davam edən kastinq mərhələsindən söz açıb:
"Klipdə tərəf müqabili seçmək mənim üçün əməlli başlı problemə çevrildi. Bilmirdim tərəf müqabili kimi seçim. Tərəf müqabili seçmək üçün sosial şəbəkələrdə aksiya keçirdim. Kastinə qatılan yüzlərlə kişi oldu. Çox maraqlı iştirakçılar da var idi. Elə xanımlar var idi ki, nişanlılarının və ya həyat yoldaşlarının çəkilməsini istəyirdilər. Amma ən çox diqqətimi çəkən İlqar Azero oldu. Hətta ona görə klipin çəkilişlərini belə yubatdıq. Həmin vaxt İlqar Azərbaycanda deyildi".
Qeyd edək ki, klipin rejissorları Ələkbər Əliyev və Şəhriyar Əkbərovdur.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB