Aktrisadan maraqlı QƏRAR

Aktrisa Məryəm Üzərli şəxsi həyatı barədə maraqlı etiraf edib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, aktrisa sevgili seçəndə bundan sonra qardaşından məsləhət alacağını deyib: "Hazırda həyatımda heç kim yoxdur. Hazırda sevgi barədə düşünmürəm. Amma bəyəndiyim olsa, əvvəlcə onu qardaşım Deniyə göstərib testindən keçirəcəyəm. Çünki o, mənə hər dəfə kişilər barəsində səhv etdiyimi deyir. Haqlı olduğu da artıq həqiqətdir".

Qeyd edək ki, M.Üzərli qızının atası Can Atəşdən 2013-cü ildə ayrılıb. Keçən il isə bir müddət akyor Ozan Güvenlə sevgi yaşadığı barədə xəbərlər yayılmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə