Məşhur aktyor və aktrisamız Türkiyə filmində

Məşhur aktyor və aktrisamız Türkiyə filmində

İzmirli rejissor Korhan Uğur üçüncü "Qızqaçıran" filminin çəkilişlərinə başlayıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, ekran işinin ssenari müəllifi Korhan Uğurun olduğu filmin mövzusu gəlini bəylə birlikdə toydan qaçıran Əhmədin komik hekayəsi haqdadır.

Ekran işinin aktyor heyətində azərbaycanlı aktyor Kamran Ağabalayev, aktrisa Könül Nağıyeva, Emir və Ceren Bendelioğlu, Erol Aksoy, Yüksel Ünal, Mete Horozoğlu və başqaları yer alacaqlar.

Qeyd edək ki, "Qızqaçıran" Türkiyədə gələn il aprel ayında təqdim olunacaq. Filmin eyni vaxtda Azərbaycanda da nümayişi planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə