Aynişan “O səs Türkiyə”də

Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva "O səs Türkiyə" yarışmasına qatılıb. SİA-nın verdiyi xəbərə görə, Aynişan münsifləri heyrətləndirib. O, hətta münsif kürsüsündə əyləşən ifaçı Murad Bozla "Gəl ey səhər" mahnısını da duet şəklində səsləndirib. Verilişin sözügedən bölümü bu həftə yayımlanacaq.

Qeyd edək ki, "O səs Türkiyə" həftənin bazar günü, bazar ertəsi və çərşənbə axşamı "TV 8"də efirə gedir.

Bütün xəbərlər Facebook səhifəmizdə