Türkiyə mətbuatı müğənni Röya Ayxandan yazıb. SİA-nın verdiyi xəbərə görə, xəbərdə ifaçının həyatı və yaradıcılığı əks olunub. Yazıda Röyanın xalq artisti Aygün Kazımovanın bek-vokalçısı olduğu qeyd edilib: "Sənət dünyasında Röya olaraq tanınan Röya Ayxan Azərbaycanın paytaxtı Bakıda 1982-ci ilin 14 iyununda anadan olub. Musiqi karyerasına 1999-cu ildə başlayan ifaçı Aygün Kazımovanın konsertlərində bek-vokalçısı olub. İlk albomunu 2005-ci ildə çıxaran Röya 1999-2002-ci illərdə "W-Trio" adlı musiqi qrupunda fəaliyyət göstərib. Azərbaycanda qısa müddətdə məşhurlaşan sənətçi "Məhəllə", "İstanbul tətili" filmləri ilə yanaşı "Yanmış körpülər" serialında da rol alıb".
Qeyd edək ki, Röya Bakıda yox, Ağdamda dünyaya gəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB