Şou-biznesin “Dəli qız”ı

Müğənni Sevinc Ağaşirinova yaradıcılığındakı yenilikdən söz açıb. SİA-ya danışan ifaçı repertuarına yeni mahnı əlavə edəcəyini bildirib: "Yeni mahnı üzərində çalışıram. Bəstənin sözləri saz ifaçısı Elvinə aiddir. Mahnı "Dəli qız" adlanır. Ritmik bəstədir. Ümid edirəm ki, bu mahnım da sevilən bəstələrimdən olacaq".

Sevinc bəstəkarlardan da söz açıb: "Konkret bir bəstəkarla işləmirəm. Hansısa bəstəkarın təqdim etdiyi bəstə xoşuma gəlirsə, ifa edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə