Məlahət Abbasovadan Röyaya irad

Türkiyədə yaşayıb fəaliyət göstərən azərbaycanlı aktrisa Məlahət Abbasova ötən gün müğənni Röya Ayxanın "Beyaz Show"dakı çıxışına münasibət bildirib. SİA-nın verdiyi xəbərə görə, Xanım Abbasova sosial şəbəkədə Röyanın proqramın bitməsinə 10 dəqiqə qalmış 1 mahnı ilə qatılmasını ifaçıya qarşı təhqir və hörmətsizlik adlandırıb. Aktrisa yerli məşhurlara Türkiyədə bir proqrama on dəqiqəlik qatlmaq üçün özününzü ucuzlaşdırmayın deyə məsləhət verib.

Bütün xəbərlər Facebook səhifəmizdə