Məşhur aktyor ekranlara qayıdır

"Muhteşem Yüz il"dən sonra il yarımdır ekranlardan uzaq olan Halit Ergenç əlində yeni serialının ssenarisi ilə görüntülənib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, o, jurnalistlərə "Yeni ssenarini oxumağa başladım" deyərək əlindəki kağızları göstərib.

Qeyd edək ki, dörd il Sultan Süleyman obrazını canlandıran aktyor roluyla təkcə Türkiyədə deyil, dünyada tanınmağa başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə