Hacı Nuran əməliyyatdan sonra FOTO

Əməliyyat olunmaq üçün Almaniyaya gedən teleaparıcı Hacı Nurandan xəbər var. SİA-nın məlumatına görə, aparıcı sosial şəbəkədə əməliyyatdan sonra ilk fotosunu paylaşıb. Hacı Nuran şəklə "Əməliyyatdan sonra ilk foto. Yanıma yaxın dostum Turqay Əliyev gəlib" sözlərini yazıb.

Qeyd edək ki, xərçəng xəstəliyindən əziyyət çəkən Hacı Nurana ilik transplantasiya olunub. Aparıcı açıqlamalarının birində bir neçə əməliyyat keçirməli olduğunu bildirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə