"Sevgi hekayəsi"

Bəbir və Ülviyyə Bəbirlinin yeni "Sevgi hekayəsi" instrumental kompozisiyasına klip çəkilib. SİA-nın verdiyi xəbərə görə, klipin rejissoru Cavid Səfərov, operatoru Emin İsrafilov, montaji isə Elnur Ehtiramoğlunundur. Ekran işinin qəhrəmanları elə məhz musiqinin müəllifləridir.

Bəbir və Ülviyyə Bəbirli bu arada instrumental musiqiliər yazan bəzi bəstəkarlara da ismarıc göndəriblər : "Əsl instrumental musiqi belə olar. Bizim instrumentallarımızdan bəhrələnən, plagiat etməyə çalışanlar var. Sanki bizim ideyalarımızı götürüb, bizi qabaqlamaq istəyirlər. Amma bu, alınan iş deyil. Bizim notları oğurlamaq asandır. Amma musiqini gözəl yazmaq üçün gərək ki, insanın gözəl ürəyi olsun. Ürəyi musiqi ilə dolu olsun. Bu da hər adamda olmur".

Bütün xəbərlər Facebook səhifəmizdə