Elnarə “Eşq ilə boyan” klipini təqdim etdi

Elnarə “Eşq ilə boyan” klipini təqdim etdi

Bu gün Elnarə Xəlilova media nümayəndələrinə "Eşq ilə boyan" adlı mahnısına çəkdirdiyini klipini təqdim edib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə səbəbkarın özü, klipdəki yaradıcı heyət, müğənnilərdən Xuraman Şuşalı, Samira Allahverdi, modelyer Fəxriyyə Xələfova, media mənsubları və başqaları iştirak edib.

Mərasimi giriş sözü ilə açan Elnarə klip haqqında məlumat verib: ""Eşq ilə boyan" adlı klipim Hindistanın ekzotik mənzərəsi, tarixi məkanları və təbiəti ilə seçilən Kerala ştatının Koçi şəhərində çəkilib. Çəkilişlər iki gün davam edib. Ekran işində tərəf müqabillərim hindistanlı rəqqasələrdir. Klipdə hind obrazındayam. Bu mənim Qədim Şərq ölkəsində çəkilən ilk klipimdir. Ekran işinə hindistanlı rejissor Ani Sasi quruluş verib".

Tədbirə qatılan E.Xəlilovanın həmkarları Samira və Xuraman ona uğurlar arzulayıb.

Nəzərinizə çatdıraq ki, ekran işi jurnalistlər tərəfindən bəyənilib və konfrans media əhlinin sualları ilə davam edib.

Qeyd edək ki, "Eşq ilə boyan" adlı mahnının sözləri Cavidanın, musiqisi isə Sevda Məmmədliyə aiddir.

Bütün xəbərlər Facebook səhifəmizdə