Azərbaycanın ən yaraşıqlı kişisi: "Bədənim də var, fiquram da..."
Model Rüstəm Cəbrayılov rol aldığı Roza Zərgərlinin "Qəmli nağıl" klipinin təqdimat mərasiminə qatılıb. Kamera qarşısına keçən model təəssüratlarını bölüşüb: "Türkiyədə keçiriləcək dəfilələrdə podium çıxacaqdım. Lakin Ankarada baş verən terrora görə moda gecələri təxirə salındı. Önümüzdəki 3 ay içərisində həm Türkiyədə, həm də Amerikada fəaliyyətimi davam etdirəcəm. Modellikdən aktyorluğa addım atıram. Müğənni Roza Zərgərlinin klipində rol aldım, çünki bu ekran işində şöhrətbazlıq, ehtiras, eyni zamanda sevgini göstərəcək digər amillər var, özümü aktyor kimi göstərə bilirəm, bu gələcək fəaliyyətim üçün önəmlidir. İncəsənət Universitetinə qəbul olmuşam, hələ ki, dərsə getmirəm.
Klipdəki açıq-saçıq səhnələrə gəldikdə isə tamaşaçının fikri önəmli deyil, baxan baxsın, baxmayan kanalı dəyişsin. Mənim üçün fərqi yoxdur. Daha açıq-saçıq ekran işlərində də rol ala bilərəm. Şükür Allaha bədənim də, fiquram da var".
Qeyd edək ki, Rüstəm Cəbrayılov "Best model of the World-2007" beynəlxalq müsabiqəsinin qalibi olub.







Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB