Fərda: “Uşaqlarımın incəsənət adamı olmasına əsla icazə vermərəm” MÜSAHİBƏ

Fərda: “Uşaqlarımın incəsənət adamı olmasına əsla icazə vermərəm” MÜSAHİBƏ

Aktyor Fərda Xudaverdiyevin müsahibəsini SİA-ya oxucularına təqdim edirik:

-Yumoristik obrazlardan sonra "Gecə qonağı" filmində ciddi rolda oynamaq necə hissdir?

-Bacardığımı etdim. Amma dramatik obrazda yaxşı və ya pis oynmağımı tamaşaçılar deyə bilər.

-Bundan sonra yumoristik obrazlarda çəkiləcəksinizmi?

-Yumor mənim işimdir. Onu da deyim ki, "Xoxan 2" və bir neçə gülməli filmlərdə rol alacam və baş rolu canlandıracam.

-Fərda Xudaverdiyev şəxsi həyatda xasiyyət baxımdan necə biridir?

-Özəl həyatımda olduqca ciddiyəm. Siz məni evdə görməmisiniz. Sadəcə olaraq işimə görə gülüb, güldürməliyəm.

-İstərdinizmi övladlarınız sizin yolunuzu davam etdirsin?

-Əgər biz aktyorlara verilən dəyəri onlara göstərəcəklərsə, heç vaxt imkan vermərəm uşaqlarım incəsənət adamı olsun.

-İqtisadçı olduğunuz halda niyə aktyorluq peşəsini seçdiniz?

-Özümdən asılı olmadan aktyorluq peşəsinə yiyələndim.

Bütün xəbərlər Facebook səhifəmizdə