Günay Musayevanın başına iş gəldi

Model Günay Musayevanın başına iş gəlib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, model "iCloud" qurbanı olub. Günayın telefonu hakerlər tərəfindən dağıdılıb.

Etilərdə obyektivlərə tuş gələn Günay uzun müddət əlindəki telefonu ilə məşğul olub. Məkandan çıxarkən jurnalistlərin suallarını cavablandıran G.Musayeva telefonunda özəl bir video və ya fotosunun olmadığını bildirib: "Telefonumdakı hər şey silinib. Lazımi yerlərə baş vurub məlumatlarımı geri qaytarmağın yolunu axataracağam. Özəl bir şey yox idi. Sadəcə, oğlum Cihangirin uşaqlıq şəkilləri var idi. Heç birini kompüterimə yükləmədiyim üçün silinmələrinə çox pis oldum".

Bütün xəbərlər Facebook səhifəmizdə