Müğənni Röya Ayxan sevənlərinə müraciət edib. SİA-nın verdiyi xəbərə görə, bu gün Türkiyənin Kanal D telekanalında yayımlanan "Beyaz show"da qonaq olacaq sənətçi sosial şəbəkədə hər kəsdən dəstək gözlədiyini bildirib: "Bu gün görüşürük. Sizdən tək istəyim yanımda olmağınızdır. Ən əsası isə bura yazdıqlarınıza fikir verin. Arada dərin düşünün. Bunları mən sizə bəxş etdiyim üçün sizdən məni uca tutan fikirlər gözləyəcəm. "Ay bu dildə danış, o dildə oxu" kimi məsləhətlərə ehtiyac yoxdur. Seçimi mən edirəm".
Qeyd edək ki, şoumen Bəyazit Öztürkün aparıcılıq etdiyi proqram bu gecə saat 23:15-də (Bakı vaxtı ilə 00:15) yayımlanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB