Sənətçi dördüncü dəfə ana olacaq?

Sənətçi dördüncü dəfə ana olacaq?

Bu günlərdə yeni "Kalbimi koydum" albomunu təqdim edən Gülben Ergen evlilik və uşaq haqda danışıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, o, Erhan Çeliklə evliliyindən uşaq olması ahqda suala belə cavab verib:

"Bu işlər niyyətlə deyil. Allahın izni ilə olur... Əlbəttə "bu evliliyə bir uşaq" dediyinizdə tutulub qalıram. Qismət deyək... Uşağa baxmaq çətindir, məsuliyyətlidir. İndi dərslər də başlayıb. Böyüsünlər, problem azalsın deyirdim, amma getdikcə çətinləşir".

Qeyd edək ki, Gülben Ergennin "Anadolu Atəşi" rəqs qrupunun rəhbəri Mustafa Ərdoğanla evliliyindən üç, Erhan Çelikin isə əvvəlki nikahından bir oğlu var.

Bütün xəbərlər Facebook səhifəmizdə