“My name is İntiqam 2 -Moldova” nın qala gecəsində nələr yaşandı? FOTOLAR - VİDEO
Nizami Kino Mərkəzində "My name is İntiqam" komediya filminin ikinci hissəsinin - "My name is İntiqam 2 -Moldova" qala-gecəsi keçirilib. SİA-nın verdiyi xəbərə görə, gecədə sənət aləminin tanınmış simaları, moldovalı qonaqlar iştirak ediblər. Filmin nümayişindən əvvəl qonaqlar jurnalistlərə açıqlama veriblər. Müşfiq Şahverdiyev "My name is İntiqam 2 -Moldova"nın tamaşaçılar tərəfindən rəğbətlə qarşılanacığına əmin olduğunu deyib: " "My name is İntiqam 2 -Moldova" olduqca gülməlidir. Bu ekran işinə kifayət qədər vəsait xərclənib. 50-yə yaxın komanda ilə çalışmışıq. Bu filmdən çox şey gözləyirik".
Daha sonra aktyorlar tamaşaçılarla görüşmək üçün səhnəyə çıxıblar.
Qeyd edək ki, "My name is İntiqam 2-Moldova"da aktyorlar Müşviq Şahverdiyev, İlkin Misgərli, Ənvər Abbasov, Niftulla Əsgərov və Moldovanın komediya ustası aktyor İon Mocano çəkiliblər. Rejissor İlham Yaşaroğlunun komediya janrında çəkdiyi ekran işin ideya müəllifi Fariz Əliyevdir.
.jpg)
.jpg)
.jpg)

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB