Müğənni Samira Allahverdi "Carəsizəm" adlı mahnısına çəkdirdiyi klipini təqdim edib. SİA-nın verdiyi xəbərə görə, sənətçi onu tək qoymayanlara təşəkkür edib: "Sevindim ki, bu gün əzizlərim məni tək qoymadı. Klipdə əməyi olan bütün heyətə sonsuz təşəkkür bildirirəm. Rejissorun işindən razıyam. Onunla dil tapmaq mənə asan oldu. Peşəkarla çalışmağın müsbət cəhəti də elə budur. Hər zaman rejissor Ülviyyə Könüllə işbirliyimiz olub. Bundan sonra da birlikdə çalışacağıq. Sadəcə, bu dəfə mənə təklif gəldi və geri çevirmədim. Ssenariyə əsasən klipdə mənim tərəf müqavilim olmalı idi. Rejissor məni çağırdı ki, "Gəl, kadrlara bax". Gördüm ki, bir kişi maykada əyləşib. Artyoma dedim ki, "Ya bu üzərinə köynək geyinsin, ya da kadrlar çıxarılsın". Sonda mən deyən oldu, kadrlar silindi. Hər kəsin bəyənəcəyinə inanıram".
Nəzərinizə çatdıraq ki, sözləri Nurlana Cəfərovaya, musiqisi Rüstəm Qədirova aid olan mahnının ekran həlli ukraynalı rejissor Artyom Titeyevə həvalə olunub. S.Allahverdinin klipdəki geyimini modelyer Gülnarə Xəlilova, vizajını isə Nigar İbrahimova edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB