Məşhurların arası dəydi FOTO

Müğənni Murad Dalkılıç bir vaxtlar həyat yoldaşı Mərvə Boluğurun sevgilisi olmuş aktyor Tolqahan Sayışmanla yan-yana gəlməməyə çalışır. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Muradla Tolqahanın "Bizans oyunları" filminin çəkilişləri zamanı bir-birlərinə soyuq davranmalarının və T.Sayışmanın cütlüyün toyuna getməməsinin səbəbi bəlli olub. Aktyorun bir vaxtlar Mərvə ilə eşq yaşaması Muradın onunla arasına məsafə qoymasına gətirib çıxarıb.

M.Dalkılıçla T.Sayışman hətta çəkildikləri filmin afişasında belə yanaşı durmamağa qərar veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə