Prodüser Tolik xeyli müddətdir küsülü olduğu müğənni Röya Ayxana hədiyyə göndərib. SİA-nın verdiyi xəbərə görə, Tolik Röyanın oğlu Hüseyinə oyuncaq göndərib. Prodüser sosial şəbəkədə Hüseyinə aldığı oyuncaqla şəkil çəkdirərək paylaşım edib: ""Röya "Hər şey daxil" verilişinin qonağı oldu. Ona böyük ayı oyuncağı göndərdim. Çünki həmin ərəfədə oğlu Hüseynin ad günü idi. Röya ilə münasibətlərimiz düzəlməyib, danışmırıq. Heç salamımız da yoxdur. Düzdür, mən onu harada görsəm, "salam" verəcəyəm. Düşmənim deyil, 7 il yanında işləmişəm. Mən onun sayəsində Tolik olmuşam. Onun övladı üçün ürəyimi də verərəm. Hədiyyə də ona idi".

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB