Məşhur aktrisa uşaqlarına qadağa qoydu VİDEO

Məşhur aktrisa uşaqlarına qadağa qoydu VİDEO

Sevilən aktrisa Keyt Uinslet jurnalların birinə verdiyi müsahibə ilə hər kəsin marağına səbəb olub. Sən demə aktrisa övladlarını kompyuterdən və internetdən uzaq saxlayırmış.

"Əvvəllər insanlar daha aktiv həyat tərzi keçirirdilər. Buna görə də daha sağlam idilər. İndi isə demək olar ki, hər kəsin evində komputer var. İnsanlar ondan asılı vəziyyət düşüblər" deyən aktrisa övladlarının etirazına baxmayaraq, qadağadan vaz keçmək fikrində olmadığını deyib. Onlar bəzən sual verirlər ki, niyə dostlarımızın kompüteri var, bizim yoxdur. Mən də cavabında kompyuter qarşısında oturmaq əvəzinə gedin ağaca çıxın, həyətdə topla oynayın deyirəm".

Qeyd edək ki, "Titanik" filmində canlandırdığı Roza obrazı ilə dünya şöhrəti qazanan britaniyalı aktrisa 3 uşaq anasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə