Yenicə baba olan aktyor danışdı FOTO

Yenicə baba olan aktyor danışdı FOTO

Əməkdar artist Rəhman Rəhmanovun oğlu Emil Rəhmanov ata olub. SİA-ya bu haqda aktyorun özü məlumat verib: "Oğul nəvəm olub. 3 gündür ki, dünyaya gəlib. Adını hələ ki, qoymamışıq. Çox istərdim yenicə göz açan nəvəm mənim adımı daşısın. Amma uşağın adını qoymaq məsələsini valideynlərinə həvalə etmişik".

Əməkdar artistin oğlu E.Rəhmanov 2014-ci ilin aprelində ailə qurub.

Qeyd edək ki, ilk dəfə nəvə sahibi olan R.Rəhmanovun oğlundan savayı bir qızı da var.

Bütün xəbərlər Facebook səhifəmizdə