Gözlənilən filmin təqdimatı oldu FOTOLAR

Gözlənilən filmin təqdimatı oldu FOTOLAR

Londonda payız kino mövsümünün ən çox gözlənilən hadisəsi baş tutub. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, "007 Spektr"in premyerası keçirilib. Gecəyə dünya ulduzları ilə yanaşı, baş rol ifaçıları – Deniel Kreyq, Monika Belluççi, Lea Seydu qatılıblar. Qırmızı xalıda poz verən qəhrəmanlar media nümayəndələri ilə yanaşı, qonaqların da diqqət mərkəzində olublar.

Maraqlısı isə, premyerada Böyük Britaniya şahzadəsi Uilyamla həyat yoldaşı, Kembric hersoginyası Keyt Midlton və qardaşı Harrinin iştirak etməsidir. Kral ailə üzvlərinin "Bond" filminin premyerasına qatılacağı hələ bir neçə ay əvvəl rəsmi şəkildə elan edilmişdi.

Qeyd edək ki, "007:Spektr" filminin çəkilişləri bir neçə ölkədə - İngiltərə, İtaliya, Avstriya, Meksika və Marokkoda aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə