Bakıya gələcək reper tənqid olundu

Bakıya gələcək reper tənqid olundu

Rus reper Timati yeni "Zero" adlı klipini təqdim edib. SİA-nın verdiyi xəbərə görə, klip Moskvada bahalı restoranlarından birində baş tutub. "Youtube" sosial şəbəkəsində isə istifadəçilər klipi daha çox tənqid ediblər. Bəzilərinin fikrincə, qısa film kimi çəkilən videoda aktyor oyunu bərbad, süjet isə anlaşılmazdır.

Qeyd edək ki, Timati dekabrın 4-də Bakıda məkanların birində səhnəyə çıxacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə