Sevda Yahyayeva: "Pis niyyətli dostlarımı yanımdan uzaqlaşdırıram"
Müğənni Sevda Yahyayeva yeni biznesə başlamaq niyyətindədir. SİA-nın verdiyi xəbərə görə, Yahyayeva müğənnilik fəaliyyəti ilə yanaşı biznes qurmağı da planlaşdırır: "Fikir verirəm ki, hər kəsin öz işindən əlavə digər bir işi daha var. Məndə bu haqda fikirləşirəm. Yeni mahnılar, kliplər və müğənnilik fəaliyyətim öz yerində qalacaq. Ancaq bununla paralel başqa bir işimin də olmağını istəyirəm"
Müğənni şəxsi həyatındakı "dost"larında da danışıb: "Bəzən gözləmədiyin adamdan elə bir zərbə alırsan ki, insan şok olur. Deyirlər insanı tanımaq çox çətindir, bunun üçün zaman gərəkdir. Niyyəti pis olan insanlar, zamanla səndən uzaqlaşır. Dostluqların ömrü çox az olur, onların rolları bitdikcə özləri həyatımdan çıxır. Kimsə mənə pislik etsə, həmin kəs üçün plan qurmaram. Onu acılayıb, xətrinə dəyə bilərəm. Amma arxasınca heç bir pislik etmərəm. Ürəyim qırıldıqdan sonra həmin insanlar əvvəlki münasibətdə olmaram. Arxamca nə istəyirlər danışsınlar, əsas odur ki, məni görəndə üzümə heç nə deyə bilmirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB