Məşhur və varlı kişiləri yoldan çıxaran kök gözəlçələr FOTOLAR

Məşhur və varlı kişiləri yoldan çıxaran kök gözəlçələr FOTOLAR

Bu məşhur kişiləri dövrün gözəllik standartlarına uyğun qadın seçməməkdə günahlandırmaq olmaz. Onlar standartlara və modaya kor-koranə tabe olmurlar.

Bəli, indi qadınlardan arıq, incəbel olmaq tələb olunur. Diktə edilən qaydalara uyğun olaraq qadınlar arıqlamaq üçün əllərindən gələni edirlər. Amma bir sıra qadınlar 90-60-90 standartına əhəmiyyət vermirlər. Buna baxmayaraq, ən məşhur və varlı kişiləri heyran etməyə qadirdirlər.
Gecce.az məşhur kişiləri heyran edən balıq ətli gözəlçələrin siyahısını təqdim edir:

Nyu Cekman planetin qadınlarının ağlını başından alan bir ulduzdur. Debora-Li Ferness aktrisa, rejissor və prodüserdir. Öz ərindən 13 yaş böyükdür. Cütlüyün uşaqları olmadığı üçün 2 uşağı övladlığa götürüblər. Arvadına dəli kimi aşıq olan Nyu onu "dünyanın ən isti qadını", "dünyanın ən yaxşı anası" hesab edir.

Melissa MakKartni 2013-cü ildə Forbesin "Dünyanın ən nüfuzlu məşhuru", "Televiziyada ən yüksək qonorar alan 20 aktrisa" siyahılarında yer alıb. Onun əri 42 yaşlı Ben Felkoun da ondan az məşhur deyil. Ssenarist, prodüser və eyni zamanda aktyorluq edən Ben arvadını "mənim kraliçam" adlandırır.

"Bond" kişisi kimi tanınan Pirs Brosnan jurnalist Kili Şey Smitlə evlidir. Onun tanışlığı aktyorun gənclik illərinə təsadüf edir. Kili müsahibə aldığı aktyoru özünə heyran etməyi bacarıb. İllər ötsə də, Pirs mətbuata açıqlamasında "möhtəşəm qadınla evliyəm" deməkdən usanmır.
Xloe Kardaşyan basketbolçu əri Lamar Odamdan ayrılmasını özünün formada olmaması ilə deyil, ərinin narkotikə meyilli olması ilə izah edir. Reper Frenç Montana isə fürsəti əldən verməyərək gözəlçənin qəlbini ələ almaq üçün əlindən gələn edib. O, balıq ətli Xloeyaya yarım milyon dəyəri olan ağ "JEEP" hədiyyə edib.

27 yaşlı Adelin albomlarını 25 milyondan çox pərəstişkarı alıb. "Oskar", "Qızıl qlobus", "Qremmi" kimi nüfuzlu mükafatların sahibəsi "People" jurnalının "dünyanın ən nüfuzlu məşhurları" siyahısında öz yerini tutmağı bacarıb. Biznesmen Saymon Konekki bu möhtəşəm qadını olduğu kimi sevir.
Dünya şöhrətli aktyor Kris Not barına ofisiant kimi işləməyə gələn Tara Uilsona aşıq olub. Sonradan biznes tərəfdaşları olan Kris və Tara həyatlarını da birləşdirmək qərarına gəliblər.

Britaniyalı aktyor, rejissor, ssenarist, prodüser Hyu Lori də arvadı Co Qrinə dəlilər kimi aşiqdir. Vaxtaşırı aktyorun xəyanətləri haqqında məlumatlar dərc olunsa da, o 20 illik tarixi olan evliliyində sadiq olduğunu iddia edir. Cütlüyün 3 övladı var.


Məşhur və varlı kişiləri yoldan çıxaran kök gözəlçələr - Fotolar
Məşhur və varlı kişiləri yoldan çıxaran kök gözəlçələr - Fotolar
Məşhur və varlı kişiləri yoldan çıxaran kök gözəlçələr - Fotolar
Məşhur və varlı kişiləri yoldan çıxaran kök gözəlçələr - Fotolar
Məşhur və varlı kişiləri yoldan çıxaran kök gözəlçələr - Fotolar
Məşhur və varlı kişiləri yoldan çıxaran kök gözəlçələr - Fotolar

gecce.az

Bütün xəbərlər Facebook səhifəmizdə