Müğənni Elnarə Xəlilova Hindistandan dönüb. Onun bu ölkəyə səfərinin məqsədi yeni "Eşq ilə boyan" adlı mahnısına klip çəkdirmək olub. Xanım müğənni SİA-ya açıqlamasında bildirib ki, ekran işi artıq hazırdır. Oktyabrın sonunda "Eşq ilə boyan" mahnısına çəkilən klipin təqdimat mərasimi keçiriləcək.
Mahnının sözləri Cavidan, musiqisi Sevda Məmmədli, aranjemanı Rasim Məmmədova məxsusdur. Klipə hindistanlı rejissor Ani Sasi quruluş verib. Ekran işi Hindistanın Kerala ştatının Koçin şəhərində Hind okeanı körfəzində, cəngəllikdə və şəhərin tarixi məkanlarında lentə alınıb.
Yeni klipdən olan fraqmenti təqdim edirik:
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB