Əməkdar artist, Musiqili Teatrın aktrisası Gülnar Salmanova Sabunçu Xəstəxanasına yerləşdirilib. SİA-ya açıqlama verən aktrisanın baxıcısı bu haqda danışıb: "Hazırda Gülnar xanım xəstəxanadadır. Səhhəti yaxşı deyil. Hərəkətsiz haldadır. Aktrisanın gözləri, dili tutulub".
Nəzərinizə çatdıraq ki, Mədəniyyət və Turizm Nazirliyi də aktrisanın səhhətinin yaxşılaşdırılması üçün köməklik göstərir.
Qeyd edək ki, Dövlət Musiqili Teatrın aktrisası, əməkdar artist Gülnar Salmanova xərçəng və şəkərli diabetdən əziyyət çəkir.
.jpg)



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB