Prodüser Tolik uzun müddətdir küsülü olduğu müğənni Röya Ayxandan yazıb. SİA-nın məlumatına görə, o, sənətçinin yeni "Kesin bilgi" klipini paylaşaraq, onun 2 milyon dəfə izləndiyini qeyd edib: "Uğur bir insanı izləyirsə, ona yalnız sevinmək lazımdır. Bunu paylaşmağımın məqsədi odur ki, 10 gündə 2 milyon baxış var. Deməli, insanların marağındadır. Onsuzda müğənni bəyənilirsə, seviləcək. Amma aşağıda "bəyənmirəm" qoyan o 2 min insan elə qurd kimi də qalacaq. Bunu tək Röya üçün demirəm, müğənnilərimizin çoxu çalışır ki, nəsə təqdim etsinlər. Amma bəzi həyatda heç nəyə nail olmayanlar ya girib pis söz yazar, ya da "bəyənmirəm" qoyar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB