Müğənni Ayan Babakişiyeva həmkarı Nadir Qafarzadə ilə ikinci duetini təqdim edib. SİA-nın verdiyi xəbərə görə, Ayan yeni duetlə köhnə rekordu təzələyəcəklərinə inandığını söyləyib: "İlk duetimiz hələdə sevilir və dinlənilir. Nadirlə yeni uğura imza atmaq istədik və "Xəyanətkar" ərsəyə gəldi".
Duet barədə müğənni N.Qafarzadə də fikirlərini bölüşüb: " "Sənin üçün" mahnısı çox sevildi və deyərdim ki, "Youtube" şəbəkəsində yaxşı baxış sayı yığdı. Bu mahnıdan sonra növbəti dəfə duet oxumaq qərarına gəldik. Bu gündən dinləyicilərimizin ixtiyarına verdiyimiz "Xəyanətkar"ın da seviləcəyinə ümid edirik".
Qeyd edək ki, bəstənin musiqisi Rövşən İlknuriyə məxsusdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB