İzzət Bağırovun mətbuat konfransında nələr oldu? FOTOLAR

İzzət Bağırovun mətbuat konfransında nələr oldu? FOTOLAR

Müğənni İzzət Bağırov media əhlini başına yığaraq "Yaradanım" adlı mahnısına çəkdirdiyi klipini təqdim edib. SİA-nın verdiyi xəbərə görə, ekran işi haqqında danışan sənətçi klip çəkilişlərinin bir neçə məkanda baş tutduğunu deyib: " "Yaradanım" adlı klipimi bütün müsəlmanlara həsr edirəm. Klipi 5 günə çəkdik. Ekran işinin ilk çəkilişlər İçərişəhər cümə məscidində və Şamaxıda aparıldı. Klipdə müğənni-bəstəkar Hacı Nazim və oğlum rol alıb. Ekran işinin süjet xətti özümə aiddir. Bu klipi Allaha xatir lentə aldıq. Onu bütün mömin bacı və qardaşlarımıza hədiyyə edirəm. Bu klip də insanlarımıza onu da bildirmək istədim ki, ata övladına namaz qılmağı öyrətməlidir".

İ.Bağırov dini mahnılar oxuyan həmkarlarından da söz açıb: "Bir neçə sənət yoldaşlarım var ki, onlar da dini mövzularda bəstələr oxuyub, klip çəkdiriblər. Hətta məşhur müğənni Sami Yusufun dini bəstələr oxuduğu üçün xeyli sayda dinləyiciləri var. Bu, çox gözəl haldır".

Qeyd edək ki, "Yaradanım" adlı mahnının sözləri Elşən Xəzərin, musiqisi Nazim Məmmədovundur.

Bütün xəbərlər Facebook səhifəmizdə