Rəqs zamanı qızı qan apardı VİDEO

Rusiyada yayımlanan "Rəqslər" şousunun iştirakçısı səhnədə burnunu sındırıb. 23 yaşlı Yekaterina Kondraşinanın münsiflər qarşısında gimnasitika və erotikanın elementlərindən ibarət rəqsi qanla bitib.

O, performansın ortasında burnunu əzsə də, çıxışına davam edib. Musiqinin sonunda isə qanayan burnunu tutaraq kulisə qaçıb. Gənc qız dərhal tibbi müdaxilə edilib.

Qeyd edək ki, Yekaterina TNT-də yayımlanan şoudakı iştirakını davam etdirə bilməyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə