Bu gün əməkdar artist Tünzalə Ağayeva 39 yaşını qeyd edir. SİA-nın verdiyi xəbərə görə, müğənni təəssüratlarını bölüşüb: "Mən Zemfira xanımın, Qabil bəyin övladı, Hüseyn və Zamiqin bacısı, Fidanın anası, dostlarımın dostu, məmləkətimin Tünzalə Ağayevası olduğum üçün Rəbbimə sonsuz həmd olsun. Doğmalarım, dostlarım, sizi sevirəm. Yaşadığım müddətcə də sevəcəm".
Nəzərinizə çatdıraq ki, T.Ağayeva 1976-cı ildə Tovuz şəhərində anadan olub. O, Tovuzda musiqi məktəbinin piano sinfini bitirib və daha sonra təhsilini Gəncə şəhərində Qəmbər Hüseynli adına musiqi texnikumu fortepiano sinfində davam etdirib. O, həm də Üzeyir Hacıbəyov adına Dövlət Musiqi Akademiyasında bəstəkarlıq dərsləri alıb. T.Ağayeva hələ 12 yaşındaykən Azərbaycanın görkəmli şairi Səməd Vurğunun sözlərinə "Sən o deyilsən" adlı ilk mahnısını bəstələyib. Daha sonra bu mahnı onun ilk albomuna daxil edilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 16 may 2006-cı il tarixli Sərəncamı ilə "Əməkdar artist" fəxri adına layiq görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB