Müğənni Ferman Toprak Almaniyada nişanlısı Hilal Öztürklə gizli şəkildə evlənib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, istirahət məqsədi ilə Almaniyaya gedən ifaçı anidən nikah masasına oturub. Xüsusi gün üçün gəlin və bəy geyimləri, fotoqrafı, gəlin maşını cütlüyün dostları tərəfindən təcili şəkildə həll edilib.
İl sonunda toy etməyi planlaşdıran cütlük dostlarının bu sürprizi qarşısında nikahlarını rəsmiləşdiriblər. Onlar bunun gözlənilməz olduğunu bildiriblər: "Bu ilin sonunda evlənəcəkdik. Heç bir hazırlığımız yox idi. Dostlarımızın sayəsində əsl yuxu kimi evləndik. Çox xoşbəxtik".
(1).jpg)
(1).jpg)
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB