Şoumenin anası xəstəxanalıq oldu

Şoumen Bəyazid Öztürk Acıbadəm xəstəxanasında obyektivlərə tuş gəlib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, şoumen anası Nurtən Öztürkü həkimə gətirib. Məşhur bu haqda jurnalistlərə açıqlama verib: "Səhər anama zəng vurdum. Amma telefonu götürmədi. Təlaşlanıb evə getdim. Qapını çilingir açdı. Sən demə, yıxılıb, ayağını sındırıb və buna görə yerindən qalxa bilməyib. Bir azdan əməliyyat olunacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə