Müğənni və aktrisa Hülya Avşar 52 yaşını qeyd edib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, təmtəraqlı gecədə sənətçinin ailəsi, keçmiş həyat yoldaşı, keçmiş qayınanası və dostlarının iştirak edib. O, ad günündə 4 min lirə (təxminən 1800 manat) xərcləyib.
Sənətçi restorandan çıxarkən keçmiş həyat yoldaşı, Kaya Çilingiroğlu ilə də zarafatlaşıb. Ona "Bir ehtimal daha var" mahnısını oxuyan Hülya hər kəsi güldürüb. Daha sonra isə Kayaya "utanma, gəl, istəyirsən evə aparım" deyib.
Qeyd edək ki, 1997-2005-ci illərdə evli olan cütlüyün Zəhra adlı qızları var. Onlar boşansalar da, dost qalaraq tez-tez görüşürlər.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB