Aparıcı Aytən Səfərova ana olduqdan sonra ilk fotolarını sosial şəbəkədə paylaşıb. SİA-nın verdiyi xəbərə görə, aparıcı onu ziyarətə gələn həmkarı Elnarə Təhməzovaya da təşəkkür edib:"Xəstəxanada adamın gözü ya qapıda, ya da pəncərədə qalır. Elnarə Təhməzova həmişəki kimi çox diqqətcildir. Mehriban və əsl yoldaş, həmkar olduğunu nümayiş etdirir. Çox sevinirəm ki, Azərbaycan səhiyyəsində gündən-günə çoxalan görməmiş, xəstəyə pul mənbəyi kimi münasibət göstərən, səhiyyəyə qara ləkə gətirən "həkimlər" gözə çarpdığı vaxtda, əsl ziyalı, rəhmli, tərbiyəli və işini bilən peşəkarlar təbəqəsi də qalmaqdadır. Ömrümdə ilk dəfədir ki, səhiyyədə nədənsə razı qalıram".
Qeyd edək ki, A.Səfərovanın bu yaxınlarda oğlu dünyaya gəlib. Aparıcının bir qız övladı da var.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB