Türkiyəli aktrisa İpek Bağrıaçıq avtomobil qəzası keçirib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, aktrisanın dostları ilə birlikdə mindiyi maşına kənardan gələn avtomobil çırpılıb. Boynundan yaralanan İpek xəstəxanaya aparılıb. Müayinədən sonra həkimlər aktrisanın səhhətində ciddi problem olmadığını deyib. Aktrisa özü ilə bağlı bunları deyib: "Evdə yatıram. Dostlarım məni tək qoymayıb. Qısa vaxt içində ayağa qalxmaq istəyirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB